Daşkəsən rayonunda avtomobillər toqquşub, bir nəfər ölüb. Bu barədə dekabrın 3-də Report xəbər yayıb.
Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, "Soyuq bulaq" adlanan ərazidə qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.