Daxili işlər orqanlarında xidmət edən əməkdaşların 10%-ni və ya 3 938 nəfərini qadınlar təşkil edir. Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əks olunub.
Bu barədə 15 dekabr tarixində APA məlumat verib.
Onlardan 72-si rəhbər vəzifələrdə çalışır.
Qeyd olunub ki, 2020-ci ildə Daxili işlər orqanlarında xidmət edən qadın əməkdaşların sayı 2 658 nəfər təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 3 938-ə çatıb. Bu da 48,2% artım deməkdir.