Yasamalda marketdən 3 714 manat dəyərində siqaret oğurlayan şəxs saxlanılıb. Bu barədə 14 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Yasamal rayonunda Mətbuat prospektindəki marketlərin birindən 3 714 manat dəyərində tütün məmulatı və 150 manat pul oğurlanıb. Şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.