Samuxda zavoddan oğurluq edilib. Bu barədə 25 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12 680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
Şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.