Paytaxtda məhkum həbsdə ölüb. Bu barədə 19 dekabr tarixində Oxu.az məlumat verib.
Hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Adam öldürdüyünə görə azadlıqdan məhrum edilən Ziyəddin Seyidov həbsxanada vəfat edib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd olunub ki, qətl hadisəsi 2020-ci il iyunun 16-da qeydə alınıb.
İtkin düşən Bakı şəhər sakini Nazim Musayevin dostu Ziyəddin Seyidov tərəfindən öldürüldüyü müəyyən edilib.
Z.Seyidov dostunu öldürdükdən sonra izi itirmək üçün onun meyitini basdırıb.