2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 73,3 milyard manatlıq sənaye məhsulu istehsal edib. Bu barədə 15 noyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Bu görtərici ötən ilin eyni dövrü ilə müqayisədə 1% azdır.
Neft-qaz sektorunda məhsul istehsalı 2,1% azalıb, qeyri neft-qaz sektorunda isə 5,6% artıb.
Sənaye məhsulunun 76,4%-i mədənçıxarma sektorunda istehsal olunub.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 5,7% artıb.