Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Apa 20 dekabr tarixində məlumat verib.
Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq bordürə çarpılıb.
Qəza zamanı sürücü, 54 yaşlı Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.