Xocalı rayonunun Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının meyitlərinin qalıqları tapılıb. Bu haqda Report martın 30-da məlumat yayıb.
Qalıqlar Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlara aiddir.
Ümumilikdə 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi dövründə qətlə yetirilmiş daha bir neçə insan qalıqları tapılıb.
Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb. Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.