Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb. Bu barədə martın 29-da APA məlumat yayıb.
Qalıqlar Azərbaycan Ordusunun hərbçiləri kənddə qazıntı işləri apararkən tapılıb.
Aşkarlanan skeletlərin Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir.
Faktla bağlı müvafiq araşdırma və dəqiqləşmələr aparılır.