Füzulidə mülki şəxs minaya düşüb. Bu barədə 23 mart tarixində Report məlumat verib.
Məlumatda bildirilib ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşərək ağır bədən xəsarətləri alıb.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.