Ötən sutka ərzində 20 yanğına çıxış olub. Bu barədə 10 yanvar tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.
Həmçinin Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin yol kənarında dirəyə çarpılması nəticəsində müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.