“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletin alındığı ölkə bəlli olub. Bu barədə Report məlumat verib.
Satışın başlamasından doqquz dəqiqə sonra Abşeron tribunası üçün üç biletin İngiltərədən alındığı diqqətə çatdırılıb.
Bildirilib ki, həmçinin Azərbaycan və Rusiyadan da bilet alanlar olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə keçiriləcək.