“Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib. Bu barədə APA məlumat verib.
Buna səbəb Astana hava limanında güclü dumanın olmasıdır.
Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.
Saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.