Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni ilə görüşüb. Bu barədə İnsanoid bu gün, 29 noyabr tarixində məlumat verir.
Leyla Abdullayevanın “Twitter“ sosial şəbəkəsində etdiyi paylaşımda bildirilir:
“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm”.