Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dünən Culfa rayonunda olub, sakinlərlə görüşüb. Bu barədə 6 yanvar tarixində APA məlumat verib.
Səlahiyyətli nümayəndə sakinlərin problemlərini dinləyib.
Fuad Nəcəfli problemlərin qısa müddətdə aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırılıb həll olunacağını söyləyib.