Gəncədə 15 yaşlı qızın vurulması ilə nəticələn yol qəzası baş verib. Bu barədə martın 24-də APA məlumat yayıb.
İnsident Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan "Chevrolet Cruze" markalı avtomobil yolu keçmək istəyən yeniyetməni vurub. O, xəstəxanaya yerləşdirilib. Qızın vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yanvarın 1-dən fevralın 1-dək respublikanın avtomobil yollarında 53 yol-nəqliyyat hadisəsi olub. Nəticədə 60 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.