Gəncədə 21 yaşlı tibb bacısı iş yerində intihara cəhd edib. Bu haqda martın 29-da Qafqazinfo məlumat yayıb.
İnsident Abbas Səhhət adına şəhər xəstəxanasının II Terapiya şöbəsində baş verib. Qız özünü 3-cü mərtəbədən atıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin dəqiq səbəbi məlum olmasa da, iddia edilir ki, o, ailə münaqişəsi səbəbindən bu addımı atıb. İlkin məlumata görə, gənc qızın aprel ayında toyu olacaq.
Faktla bağlı araşdırma aparılır.
Ölkədə ötən il ərzində 612 intihar faktı qeydə alınıb. İntihar edənlərdən 438 nəfər kişi, 174 nəfər qadın, 46 nəfər isə yetkinilik yaşına çatmayanlar olub.