Gəncə şəhərində avtoyuma məntəqəsinin ərazisində yanğın baş verib. Bu barədə 22 mart tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Məlumata əsasən, məntəqənin işçilərinin soyunub-geyinməsi üçün istifadə olunan otaqda tavan, 3 ədəd avtoyuma qurğusu, 5 ədəd avtomobil oturacağı və əşyalar yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.