Gəncədə 31 yaşlı şəxs bıçaqlanaraq qətlə yetirilib. Bu haqda martın 24-də Report xəbər verib.
Hadisə şəhər marketlərinin birində baş verib. Yaralı xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma davam edir.