İcra Hakimiyyəti Gəncədə Qala Qapıları üzərindəki gerbin aşması barədə açıqlama verib. Bu haqda Gəncə Xəbər məlumat yayıb.
Bildirilib ki, hadisə iki gün əvvəl, martın 20-də baş verib və həmin gün işçilərin təhlükəsizliyi baxımından gerbi bərpa etmək mümkün olmayıb.
Qurumdan verilən məlumata əsasən, şəhərdə hava şəraiti sabitləşdiyi üçün artıq bu gündən gerbin bərpasına başlanılıb.
***
12:45
Gəncədə əsən küləyə görə Qala divarları üzərindəki gerb aşıb. Artıq bir neçə gündür gerb aşmış vəziyyətdədir. Bu haqda martın 22-də APA məlumat yayıb.
Gəncə Dövlət Tarix Mədəniyyət qoruğundan verilən məlumata görə, insident martın 20-də axşam saatlarında baş verib.
Hadisə barədə aidiyyəti qurumlara müraciət edilib. Qoruğun direktoru Cumalik Rəhimovun sözlərinə əsasən, gerb bu gün yerinə bərpa olunacaq.