Füzulinin Əhmədalılar kəndində polis tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. Bu haqda martın 29-da Report məlumat yayıb.
Onun çantasından 2 kiloqram 700 qrama yaxın marixuana, 2 kiloqram 300 qramdan artıq metamfetamin və 2 kiloqrama yaxın heroin aşkar edilərək götürülüb.
Faktla bağlı həbs qətimkan tədbiri seçilib.