Gədəbəydə qadın balta ilə qətlə yetirilib, əri şübhəli bilinir. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
Hadisə rayonun Şəkərbəy kəndi ərazisində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.