Gəncədə 12 yaşlı məktəbli vəfat edib. Bu barədə 22 noyabr tarixində APA məlumat verib.
Belə ki, bu gün səhər saatlarında Gəncə şəhər sakini, 2011-ci il təvəllüdlü R. Rəhimli məktəbə gedərkən avtobusda halı pisləşib. O, uşaq xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Məlumata görə, azyaşlının anadangəlmə ürək çatışmazlığı olub.