Gəncə şəhərində 2 piyadanı avtomobil vurub. Bu barədə 7 yanvar tarixində Report məlumat verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yolu qarşı tərəfə keçmək istəyən 2004-cü il təvəllüdlü G.Osmanova və onun həmyaşıdı R.Məmmədovanı avtomobil vurub.
Onların hər ikisi xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.