Gəncədə şəhərdaxili sərnişin avtobusu aşıb. Bu barədə 22 dekabr tarixində Report məlumat verib.
Hadisə şəhərin Alüminium Zavodu adlanan ərazisində qeydə alınıb.
Belə ki, şəhərdə 23 nömrəli xətt üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Hadisə nəticəsində sürücü Canpolad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.