Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 26 dekabr tarixində APA məlumat verib.
Hərəkətdə olan "VAZ 21011" markalı maşınla 2 saylı xətt üzrə işləyən "İsuzu" markalı sərnişin avtobusu toqquşub.
Qəza zamanı 2 nəfər xəsarət alaraq, xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.