Gəncədə yol qəzası baş verib. Bu barədə noyabrın 14-də APA xəbər yayıb.
Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes " markalı avtomobilin sürücüsü idarəetməni itirib.
Daha sonra o, yoldan çıxaraq hasara və evə çarpılıb.
Nəticədə sürücü yüngül xəsarət alıb, avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.