Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu haqda dekabrın 1-də Report xəbər verib.
Xəsarət alan Gəncə şəhər sakinləri, 1974-cü il təvəllüdlü Tacirə Ələsgərova, onun oğlu, 1995-ci il təvəllüdlü Təbriz Əliyev və digər avtomobildə olan 1999-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Azər Əlizadə xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.