Yenilənib: 11:40
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Gəncə sakini bıçaqlanıb 09:52
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA 26 noyabr tarixində məlumat verib.
Nəriman Nərimanov prospektində şəhər sakini Maksim Qəhrəmanov bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır.