Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 30 mənzil təqdim edilib.
Bu barədə noyabrın 19-da nazirlikdən bildirilib.
Bu tədbirlər çərçivəsində artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi bildirilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4100-ə yaxın, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev verilib.
2022-ci il üzrə də sözügedən şəxslərə 1 500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1 100-ə yaxını təqdim edilib.