Gəncədə tələbələr arasında baş verən mübahisə ilə bağlı DİN açıqlama verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 2 dekabr tarixində məlumat verib.
Məlumatda bildirilir ki, noyabr ayının 18-də Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.
Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.