Görmə imkanları məhdud vətəndaşların rahatlığı üçün avtobuslarda dayanacaq adlarının səsləndirilməsinə başlanılıb.
Bu barədə dekabrın 3-də Report-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Səsləndirmə nağdsız ödəniş sisteminə inteqrasiya olunan, həmçinin müvafiq texniki imkanları olan avtobuslarda mərhələli şəkildə mümkün olacaq.