Güləş üzrə Azərbaycan çempionatına start veriləcək. Bu barədə Report 19 dekabr tarixində məlumat verib.
Federasiyadan verilən məlumata görə, Bakı İdman Sarayında baş tutacaq turnir dörd gün davam edəcək.
Çempionat sərbəst və yunan-Roma güləşi üzrə milli komandalara seçim məqsədi daşıyır.
Dekabrın 20-də saat 16:00-da turnirin açılış mərasimi keçiriləcək. Hər gün saat 10:00-da başlayacaq görüşləri beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
Proqrama əsasən, dekabrın 20-21-də yunan-Roma güləşində medalçılar müəyyənləşəcək.
Yarışın son 2 günündə isə sərbəst güləşçilər mübarizə aparacaq.