Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 26 dekabr tarixində xəbər verir.
Meyniman kəndində baş verən qəza zamanı kənd sakinləri, 43 yaşlı Vəfadar Nəsirov və 55 yaşlı Təhsin Eynalov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.