Dekabrın 24-də və 25-də Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb. Bu barədə 26 dekabr tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 8 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.