Azərbaycan Hərbi Hava Qüvvələrinin sabiq komandan müavini, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, polkovnik Mayis Orucəliyev dəfn edilib. Bu barədə 26 noyabr tarixində Report məlumat verib.
Uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişən hərbçinin cənazəsi ötən gün axşam saatlarında vətənə gətirilib.
Mərhum doğulduğu Biləsuvar rayonunun İsmətli kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd olunub ki, Orucəliyev Mayis Mirzəyar oğlu 1972-ci ildə anadan olub. O, Birinci Qarabağ və Vətən müharibəsində iştirak edib.
O, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.
Mərhum bir ildən çox idi ki, ehtiyata çıxmışdı.