Bu ilin I rübündə Azərbaycanın dövlət qurumlarında çalışan 6 472 şəxs hakerlərin qurbanına çevrilib. Bu barədə 19 may tarixində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Məlumata görə, Dövlət Xidmətinin həyata keçirdiyi “Kibergigiyena layihəsi”nə, “informasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, dövlət qurumlarının əməkdaşları kibergigiyena qaydalarına riayət etməyərək haker hücumlarının qurbanına çevrilirlər.
Ən çox belə pozuntuya yol verən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin Azərbaycan Standartlaşma İnstitutunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarıdır.
[gallery link="file" columns="2" size="full" ids="116400,116401"]