Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Xocəsən" stansiyasının açılışında iştirak edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti bu gün, 23 dekabr tarixində məlumat yayıb.
Dövlət başçısı Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunda və "Xocəsən" stansiyasında görülən işlərlə yaxından tanış olub.