Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin yeni müavini təyin edilib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 28 dekabr tarixində xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama görə, Natiq Telman oğlu Şirinov Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.
Bu təyinatadək Natiq Şirinov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.