Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 19-da paytaxtda “The Ritz-Carlton Baku” hotelinin açılışında iştirak ediblər.
Bu barədə 19 dekabr tarixində Report Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat yayıb.
Hotel binası 33 mərtəbəlidir. “The Ritz-Carlton, Baku” hotelində 190 geniş qonaq otağı, restoranlar, fitnes və biznes mərkəzləri, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı yaradılıb. Binanın 14 mərtəbəsi hotel otaqları üçün nəzərdə tutulub, 15-ci mərtəbədən başlayaraq yuxarı hissədə isə rezidensiyalar və mənzillər yerləşir.
Buradakı “Şuşa” zalı işgüzar görüş və ya qala tədbirlərin keçirilməsi baxımından xüsusi məkandır. Bununla yanaşı, hoteldə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin adlarını daşıyan 12 əlavə iclas otağı yaradılıb. Bunlar “Qarabağ”, “Ağdam”, “Cəbrayıl”, “Qubadlı”, “Tərtər”, “Xocalı”, “Füzuli”, “Zəngilan”, “Kəlbəcər, “Xankəndi”, “Xocavənd” və “Laçın” otaqlarıdır.
[gallery link="file" size="full" ids="98467,98468,98466"]