İmişlidə usta hündürlükdən yıxılaraq ölüb. Bu barədə dekabrın 7-də APA xəbər yayıb.
Hadisə İmişli bazarında qeydə alınıb. Rayonun Cahar kənd sakini, 1983-cü il təvəllüdlü Eyvazov Mirbalaş Mircəlal oğlu bazarda təmir işləri görərkən çardaxdan yıxılıb. O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.