İmişli rayonunda 42 yaşlı kişi ov zamanı ehtiyatsızlıqdan özünə güllə xəsarəti yetirib. Bu barədə Report 6 yanvar tarixində məlumat verib.
Ov zamanı 42 yaşlı Babək Əsədovun tüfəngindən açılan atəş onun ayağını yaralayıb.
Ağır vəziyyətdə paytaxtda yerləşən xəstəxanaların birinə gətirilən yaralıya müayinə zamanı sağ pəncənin odlu silahdan açılmış çoxsaylı qırma yaraları diaqnozu qoyulub.
O, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.