İmişlidə vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb. Bu barədə 22 noyabr tarixində Report məlumat verib.
H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemin həlli istiqamətində köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı cinayət işi açılıb.
"Əgər H.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin İmişli RPŞ-yə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.