İmişlidə qanvermə aksiyası keçirilib. Bu barədə noyabrın 16-da İnsanoid Report-a istinadən xəbər verir.
Aksiya rayonda hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunub.
Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.