Biləsuvar rayonunda inək sahibinə ağır xəsarət yetirib. Bu barədə noyabrın 26-da İnsanoid Report-a istinadən xəbər verir.
Belə ki, 1975-ci il təvəllüdlü rayon sakini inəyi sağmaq istəyən zaman heyvan ona xəsarət yetirib. Qadın qarın nahiyəsindən ağır xəsarət alıb.
O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.