Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Debüt” Film Studiyanın birgə təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Interact Film Lab” adlı yeni layihəyə start verilir. Bu barədə martın 25-də Mədəniyyət Nazirliyindən məlumat verilib.
6 ayı əhatə edəcək tədris proqramında kinematoqrafiyanın müxtəlif istiqamətləri - rejissorluq, ssenari yaradıcılığı, prodüserlik, təsvir rejissorluğu və quruluşçu rəssamlıq ixtisasları üzrə aparıcı xarici mütəxəssislər tərəfindən intensiv təlimlər keçiriləcək.
Bu layihənin məqsədi yerli kino sənayesində insan kapitalının artırılmasına töhfə verməkdir.