İran Azərbaycana nota verdi. Bu barədə 14 noyabr tarixində sosial şəbəkələrdə məlumat yayılıb.
"Heç kim İranın səbrini zəiflik kimi qəbul etməməlidir. Region ölkələrinin tarixi məlumdur. Bizim siyasətimiz, xüsusən Azərbaycan dövləti və xalqı ilə mehriban qonşuluq, dostluq və qardaşlıq əlaqələrini qoruyub saxlamaqdır”, - İran XİN-i bildirib.
“Şübhəsiz ki, regiondan kənar əllər İranın bəzi qonşuları ilə əlaqələrini pozmağa çalışır. Ümid edirik, qonşuluqdakı dostlarımız başqa ölkələrin daxili işinə qarışmamaq siyasətindən çıxış edəcəklər", - məlumatda qeyd olunub.