İranın avtomobil istehsalçısı - "İran Khodro Company" (İKCO) Azərbaycana 3 500 avtomobil ixrac etməyi planlaşdırır. Bunu şirkətin icraçı direktoru Mehdi Xətibi bildirib.
Bu barədə 12 yanvar tarixində Report məlumat verib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət təqvim ilinin sonuna (martın 21-nə) qədər Rusiyaya 2 000 avtomobil ixrac edəcək.
“İKCO, xüsusilə Rusiya bazarında ağırtonnajlı avtomobillərin və onların mühərrikləri üçün ehtiyat hissələrinin ixracı sahəsində effektiv işləyə bilər”, - deyə icraçı direktor qeyd edib.
Xatırladaq ki, "İran Khodro Company" həm də Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərib. İran şirkəti burada bir müddət "Azərmaş" ASC ilə birlikdə "Xəzər" markalı minik avtomobilləri istehsal edib.