İrandan Azərbaycana 2 kiloqramdan artıq qızıl keçirilməsinin qarşısı alınıb, saxlanılan var. Bu barədə 26 dekabr tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.
Dekabr ayının 24-də saat 02:20-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Avaş kəndi yaxınlığında dövlət sərhəd pozucusu saxlanılıb.
Sərhəd pozucusunun üzərinə baxış keçirilərkən 2 kiloqram 300 qram qızıla bənzər zinət əşyaları aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.