Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə dekabrın 8-də DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada, 39 kiloqram 490 qram marixuana və 295 qram qablaşdırmada 500 ədəd “metadon M-40” psixotrop həbləri aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.